Tayvan adası ətrafında Çinə məxsus 2 şar aşkar edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, Balonların adanın şimal ucundakı Keelung şəhərindən 110 dəniz mili (təxminən 203 kilometr) şimal-qərbində, 27 min fut yüksəklikdə göründüyü bildirilib.
Həmçinin, iki şarın Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırması nəzərdə tutulan hava və dəniz xətti olan "orta xətti" keçdiyi, daha sonra şərqə dönərək yoxa çıxdığı qeyd edilib.
Xatırladaq ki, fevral ayında Çinin yüksək hündürlükdə hava şarının ABŞ hava məkanına daxil olması iki ölkə arasında gərginliyə səbəb olmuşdu.
Aysu Demokrat.az


