Sosial Özəl

Regionların avtobus problemi: Fiziki məhdudiyyətli insanlar nəzərə alınmır (FOTOLAR)

Regionların avtobus problemi: Fiziki məhdudiyyətli insanlar nəzərə alınmır (FOTOLAR)

Gürcüstanın bir sıra bölgələrində ictimai nəqliyyatda yeniliklər edilib. Belə ki bu gündən etibarən bəzi bölgələrdə 51 ədəd yeni “İsuzu” avtobusu xəttə buraxılacaq. Layihəyə əsasən ölkənin 38 bələdiyyəsini komfortlu nəqliyyatla təmin etmək üçün daha 154 ədəd 8 metrlik “İsuzu” markalı avtobusun alınması nəzərdə tutulur.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, müasir standartlarla təchiz edilmiş avtobuslar 47 sərnişin tutumuna malikdir və fiziki məhdudiyyətli insanların istifadəsi üçün uyğunlaşdırılıb. O bildirib ki, yeni “AVRO 5” standartına uyğun avtobusların alınması ilə bölgələrdə yaşayan insanların daxili nəqliyyat problemi həllini tapacaq. Bundan əlavə, yeni iş yerləri açılacaq. Yeni avtobusların alınması üçün büdcədən 53 milyon lari (19,7 mln $) ayrılıb.

Azərbaycanın bölgələrində də avtobus problemi illərdir öz həllini tapmır. Ölkənin əsas şəhərlərində hələ də əhali köhnə avtobuslarla yoluna davam etmək məcburiyyətindədir. Müasir avtobuslara demək olar ki, yalnız paytaxt Bakı və Sumqayıt şəhərlərində rast gəlirik.

Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, avtobus nəqliyyatına diqqət ayrılmaması kütləvi avtomobilləşməyə, nəticədə isə ekoloji çirklənməyə, səs kirliliyinə və tıxaclara gətirib çıxarıb:

“Düşünürəm ki, bu məsələdə maliyyələşmə sistemi dəyişməlidir. Əvvəllər daşıyıcılarla bir illik müqavilə bağlanırdısa, AYNA yeni islahatlar çərçivəsində müqavilənin müddətini 7 ilədək uzadıb. Lakin regionlarda ictimai nəqliyyatın vəziyyəti bərbad olaraq qalır. Nəzərə alaq ki, hazırda bütün dünyada inklüzivlik daha çox önə çəkilir, Bakıda da fiziki məhdudiyyətli insanların da rahatlıqla istifadə edə bilməsi üçün müasir aşağı gövdəli ekoavtobuslar istismara verilib. Təəssüf ki, regionlarda bu növ avtobusları görmürük. Hər şəhərdə əhali qrupunun təxminən 30 faizini az mobilli insanlar təşkil edir. Onların ictimai nəqliyyatdan rahat istifadəsi, komfortu başlıca hədəf olmalıdır”.

Regionların avtobus problemi: Fiziki məhdudiyyətli insanlar nəzərə alınmır (FOTOLAR)
Regionların avtobus problemi: Fiziki məhdudiyyətli insanlar nəzərə alınmır (FOTOLAR)
Regionların avtobus problemi: Fiziki məhdudiyyətli insanlar nəzərə alınmır (FOTOLAR)
Regionların avtobus problemi: Fiziki məhdudiyyətli insanlar nəzərə alınmır (FOTOLAR)
Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova