Gündəm Özəl

"Tramvay xətləri elə çəkilməlidir ki, metroya alternativ yaransın" — AÇIQLAMA

Tramvay xətləri elə çəkilməlidir ki, metroya alternativ yaransın — AÇIQLAMA

Bakının baş planı artıq hazırdır. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, baş plana əsasən paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub. Baş plan təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

Məsələ barədə Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, tramvay və trolleybus xətlərinin, xüsusən də ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin istifadəsi vacibdir:

Tramvay xətləri elə çəkilməlidir ki, metroya alternativ yaransın — AÇIQLAMA
“Bakı şəhərinin küçələri həddən artıq ekoloji yüklənməyə məruz qalıb, bu artıq ciddi siqnaldır. Demək olar ki, bütün küçələrdə tramvay xətlərinin salınmasına ehtiyac var, xüsusən də metro stansiyaları ilə əlaqəsi olmayan küçələrdə misal üçün “Gənclik” metrostansiyası ilə “Dərnəgül”, “Dərnəgül”lə “Koroğlu” metrostansiyası istiqamətində. Tramvay xətləri elə çəkilməlidir ki, yaşayış məntəqələrinin daxilindən keçsin və yükü azaltsın, metroya alternativ yaransın. Tramvay xətləri də metronu təkrarlayarsa, vəziyyət dəyişməyəcək. Şəhər sakinləri ictimai nəqliyyatdan rahatlıqla istifadə edə bilsə, heç kimin şəxsi avtomobilə ehtiyacı qalmayacaq. Avtobusların və metronun basabas olduğu bir vaxtda şəxsi nəqliyyat vasitələrindən istifadə istəmədən də olsa zərurətə çevrilir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova