Dünya Özəl

Avropa İttifaqı iki il ərzində 61 min qaçqını qəbul edəcək

Avropa İttifaqı iki il ərzində 61 min qaçqını qəbul edəcək

Avropa İttifaqı yaxın iki il ərzində təxminən 61 min qaçqının üzv ölkələrdə yerləşdirilməsini öhdəsinə götürüb.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa komissiyasının daxili işlər üzrə məsul komissarı Ylva Yohansson məlumat verib.

O bildirib ki, 2015-ci ildən köçürmə və humanitar qəbul proqramları vasitəsilə 175 min insan müdafiə edilib:

“2024 və 2025-ci illər üçün 14 üzv dövlətin humanitar əsaslarla 60 000-dən çox, faktiki olaraq təxminən 61 000 insanı köçürmək və qəbul etmək öhdəliyi götürdüyünü elan etməkdən məmnunam, onlardan 31 000-i BMT Ali Komissarlığının köçürmə proqramları vasitəsilə olacaq”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova