Gündəm Özəl

“Sülhməramlıların taleyi Azərbaycan-Rusiya münasibətlərindən asılı olacaq” — Politoloq

“Sülhməramlıların taleyi Azərbaycan-Rusiya münasibətlərindən asılı olacaq” — Politoloq

“Formal olaraq Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti 2025-ci ilin noyabrında bitir. Oktyabr ayında MDB-nin Bişkek sammitində Rusiya prezidenti bununla bağlı suala cavab verərkən sülhməramlıların həmin tarixə qədər Azərbaycanda qalacağını dedi. Bundan sonra danışıqlar Azərbaycanla Rusiya arasında aparılacaq. Putin qeyd etdi ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına görə sülhməramlıların taleyinə də Azərbaycanla Rusiya arasındakı danışıqlarda aydınlıq gətiriləcək. Düşünürəm ki, sülhməramlılar Qarabağı 2025-ci ilin noyabrından tez tərk etməyəcək”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural Əliyev deyib. Onun sözlərinə görə həmin vaxta qədər və ya ondan sonra hansısa dəyişikliklərin olub-olmaması Ermənistanla Aərbaycan arasında sülh müqaviləsinin imzalanmasından asılı olacaq:

“Müqavilə imzalandıqdan sonra kommunikasiyalar açılarsa, Rusiya Sülhməramlı Kontingenti bu dəhlizin üzərində yerləşə bilər, bu, 10 noyabr bəyanatından da irəli gəlir, yerdəyişmə ola bilər. İstənilən halda Rusiyanın qeyd olunan tarixdən tez Qarabağdan çıxmaq fikri yoxdur.

“Sülhməramlıların taleyi Azərbaycan-Rusiya münasibətlərindən asılı olacaq” — Politoloq
Sual yaranır ki, əgər erməni əhali Qarabağı könüllü surətdə tərk edibsə, sülhməramlılara nə ehtiyac var?! Bu, hüquqi prosesdir. Onların bundan sonrakı fəaliyyət müddəti də Azərbaycanla Rusiya arasındakı danışıqdan asılı olacaq. Həmçinin Azərbaycan-Rusiya münasibətləri və regional proseslər də vəziyyətə təsir edəcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova