İsrailin iki aydan çoxdur intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında uşaqlar üçün lazım olan peyvəndlər tamamilə tükənib.
Demokrat.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında uşaqlar üçün lazım olan peyvəndlər tamamilə qurtarıb:
“Uşaqlar üçün lazımi peyvəndlərin tükənməsi onlar üçün ciddi sağlamlıq problemlərinə və xəstəliklərin yayılmasına, xüsusən də iri yaşayış mərkəzlərində yaşayan məcburi köçkünlər arasında yayılmasına səbəb olacaq”.
Nazirlik öz bəyanatında Birləşmiş Millətlər Təşkilatının (BMT) qurum və təşkilatlarını fəlakətin qarşısını almaq üçün bütün bölgələrə lazımi vaksinlərin tədarükü və çatdırılması üçün təcili müdaxilə etməyə çağırıb.
Aysu Demokrat.az


