Siyasət Özəl

Ermənistan və Rusiya rəsmilərinin proqnozları özünü doğruldacaqmı? — AÇIQLAMA

Ermənistan və Rusiya rəsmilərinin proqnozları özünü doğruldacaqmı? — AÇIQLAMA

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.

Onun fikrincə, tərəflər bu şansı dəyərləndirə bilər. Qaluzin onu da əlavə edib ki, Rusiya tərəfinin Ermənistan və Azərbaycana 2020-ci ilin noyabrında və ondan sonra formalaşdırılan prinsiplər əsasında sülh dialoqunu davam etdirməklə bağlı dəvətləri qüvvədədir.

Ermənistan rəsmiləri də tez-tez ilin sonuna kimi sülh müqaviləsinin imzalana biləcəyini açıqlayırlar. Vaxta isə 20 gündən az qalır.

Politoloq Tural İsmayılovun fikrincə, Ermənistanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əlavə şərtlər ümumi prosesə hər hansı formada təsir edə bilməz.

O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, uzun müddətdən sonra ilk dəfədir ki, münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanması üçün real imkanlar yaranıb:

“Azərbaycan sülh tərəfdarıdır, regionda hər zaman sabitliyin, mehriban qonşuluq münasibətlərinin hökm sürməsi üçün çalışır. Azərbaycanın qalib ölkə kimi öz şərtlərini irəli sürmək haqqı var və düşünürəm ki, bu, sülh müqaviləsinin imzalanması prosesini daha da sürətləndirir. Sülh müqaviləsinin imzalanması istiqamətində proseslərdə irəliləyişlərin şahidi oluruq. Ermənistan həmişəki kimi indi də prosesə mane olur, vaxtı uzatmaq üçün əlindən gələni edir. Qarşı tərəf münasibətlərin normallaşması üçün göstərilən səyləri dəyərləndirsə, hesab edirəm ki, sülh müqaviləsinin tezliklə imzalanması reallaşa bilər”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az