Türkiyə Pakistanda 23 əsgərin şəhid olduğu terror aktını pisləyib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
“Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində baş verən terror aktı nəticəsində 23 əsgərin şəhid olması dərin kədər hissi ilə öyrənilib. Bu dəhşətli terror aktını qınayır, şəhid əsgərlərə, onların ailələrinə Allahdan rəhmət diləyir və başsağlığımızı bildiririk”.
Aysu Demokrat.az


