Gündəm

“Kaş o yaşayaydı, Şuşada - Cıdır düzündə onun gözəl fotolarını çəkəydim..” — Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov

“Kaş o yaşayaydı, Şuşada - Cıdır düzündə onun gözəl fotolarını çəkəydim..” — Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov

“1993-cü ildən 2003-cü ilə qədər getdiyimiz elə bir xarici səfər olmayıb ki, ulu öndər orda Qarabağ məsələsini açıb, ondan danışmasın. Fransada, Avstriyada, hətta Yaponiyada hər bir fürsəti dəyərləndirir, bu məsələdən söz açırdı. Qarabağın azad olunması onun ən böyük arzusu idi.”

Bu sözləriModerator.azsaytına müsahibəsində Ulu Öndərlə 10 il qarış-qarış gəzmiş, ən unudulmaz anları tarixə çevirmiş şəxsi fotoqrafı Rafiq Bağırov deyib. Deyir ki, Heydər Əliyevin istirahət zamanlarında da, ən vacib səfərlərində də yanında olub fotolarını çəkmişəm. Amma arzu etdiyim fotosunu çəkmək qismət olmadı.. “Əminəm ki, o, yaşasaydı sevincinin həddi-hüdudu olmazdı. Kaş o yaşayaydı, Şuşada- Cıdır düzündə onun gözəl fotolarını çəkəydim. Bu, mənim üçün ən böyük xoşbəxtlik olardı. Mənim atam da Şuşalıdır. Ona görə mənim üçün Şuşanın azadlığı ikiqat sevinclidir.” Rafiq Bağırov vurğuladı ki, Ulu Öndərin ölkənin hər diyarında sərgilənən portretlərinin hamısı bir gündə, hətta 8 saat ərzində çəkilib. “Mənim Ulu Öndərlə şəkillərim çoxdur. İndi şəhərdə sərgilənən, kitablarda, jurnallarda- yəni, gördüyünüz bütün portretlərinin fotoqrafı mənəm və bu portretlərin hamısını çəkmək üçün mənə 8 saat vaxt vermişdi. Mən əlimdən gələni etdim və çox gözəl portretlər ərsəyə gəldi. Mən 10 il ərzində hər yerə onunla bərabər getdim. Rəsmi səfərlərə, toylara, şənliklərə, hətta istirahət zamanı da onun yanında olurdum. Bəzən adi halda onun fotosunu çəkirdim. Soruşurdu ki, “bu foto nə üçün lazımdır?”. Deyirdim ki, tarixdir. Onun hər addımı tarixdir.”

“Kaş o yaşayaydı, Şuşada - Cıdır düzündə onun gözəl fotolarını çəkəydim..” — Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov
Heydər Əliyevin şəxsi fotoqrafı olmaq onun üçün böyük məsuliyyət, həm də böyük şərəfdir. Rafiq Bağırov özü belə deyir. Hətta ona təklif gələndə, o bu məsuliyyəti üzərinə götürməyə çəkinib. Amma qismət elə gətirib ki, o dahi şəxsiyyətin şəxsi fotoqrafı olub və özü deyir ki, “elə məni Heydər Əliyev professional etdi.”
“Kaş o yaşayaydı, Şuşada - Cıdır düzündə onun gözəl fotolarını çəkəydim..” — Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov
“1993-cü ildə Ulu Öndər Prezidentliyə namizədliyi irəli sürəndə onun portretləri lazım idi. O zaman da ölkədə foto-video sahəsinə aid ən güclü texnoloji vasitələr məndə idi. Onların hər birini mən şəxsi təşəbbüsümlə, öz pulumla almışdım. Mənim atam jurnalist idi, o, çox zaman fotoları evdə çıxardırdı. Elə o vaxtdan başladım mən foto işi ilə maraqlanmağa. O zamanlar ölkədə mənim kimi rəngli şəkil çıxaran fotoqraf az idi, mən ilklərdən idim. Mənə təklif gəldi ki, Heydər Əliyevin portretlərini çəkmək lazımdı. Mən uzun müddət imtina elədim. Dedim ki, “mən professional deyiləm.” Mən heç zaman özümü professional saymamışam, bu böyük məsuliyyəti üzərimə götürməyə çəkinirdim. Belə tərəddüdlə razılaşdım. Sonra Ali Sovetdə onun portretlərini çəkdim. Baxdı fotolara, dedi ki, ”sən mənimlə işləyəcəksən.”
“Kaş o yaşayaydı, Şuşada - Cıdır düzündə onun gözəl fotolarını çəkəydim..” — Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov
O vaxtı da mən televiziyanın ən böyük sexi olan “Kino lentlərinin aşkarlanma sexi”nin rəisi idim. Heydər Əliyevə dedim ki, “Axı mən işləyirəm.” Təkrar dedi ki, “sən mənimlə işləyəcəksən.” Mən özümü professional hesab etmədiyim üçün, elə düşünürdüm ki, bir-iki ay işləyəcəm, sonra daha yaxşı fotoqraf tapanda, mən çıxıb gedəcəyəm. Amma məni professional edən Heydər Əliyev oldu.”
“Kaş o yaşayaydı, Şuşada - Cıdır düzündə onun gözəl fotolarını çəkəydim..” — Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov

NE
Nihadə Eyyubova