Xalq arasında “kabus” kimi tanınan yuxu iflici qısa müddətlik də olsa insanları qorxutmağa kifayət edir. Daha çox uşaqlıq və yeniyetməlik dövründə müşahidə olunan yuxu iflici tez-tez təkrarlanırsa, klinikada müalicə olunmalıdır. Bəs yuxu iflicinə səbəb nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Demokrat.az xəbər verir ki, bu barədə sualları “TRT Haber”ə Prof. Dr. S. Füsun Domaç cavablandırıb.
Prof. Dr. Domaç yuxu iflicini "qol, ayaq və gövdə əzələlərini hərəkət etdirə bilməmə və danışa bilməmə ilə ortaya çıxan və tez-tez oyanarkən və ya yuxuya getdikdə müşahidə olunan bir vəziyyət" olaraq ümumiləşdirib.
Yuxu iflicindən əziyyət çəkən bir adamın tutma zamanı şüurlu olduğunu ifadə edən Prof. Dr. Domaç bu müddət ərzində baş verə biləcəkləri belə izah edib:
İnsan ətrafda baş verənlərdən xəbərdardır. Hərəkət edə və danışa bilmədiyi üçün güclü qorxu və narahatlıq hiss edə bilər. Tutma zamanı nəfəs almaqda çətinlik və sinədə təzyiq hissi kimi əlamətlər müşahidə oluna bilər. Ancaq tənəffüs əzələlərinin hərəkətləri təsirlənmədiyi üçün normal tənəffüs davam edir.
Yuxu iflici tutmaları adətən saniyələr və ya dəqiqələr ərzində öz-özünə yox olur.
Bəs yuxu iflicinə səbəb nədir?
“Nizamsız yuxu saatları, qeyri-kafi yuxu, xroniki yorğunluq, növbəli iş, güclü stress, ani həyat və ya ətraf mühit dəyişiklikləri, yatmazdan əvvəl oruc tutmaq, bəzi dərmanlar, spirt qəbulu və ya həddindən artıq kofein istifadəsi yuxu iflicinin yaranmasına kömək edir.”
Yuxu iflicinin nevroloji, psixiatrik və ya daxili xəstəliklərlə müşayiət oluna biləcəyinə işarə edən Prof. Dr. Domaç risk qruplarını Panik pozğunluğu sağlam insanlarda olduğu kimi depressiya və anksiyete pozğunluğu olan insanlarda da baş verə biləcəyini vurğulayıb. Həmçinin yuxu iflici də ailəvi ola bilər. "Bunu ailənin digər üzvlərində də görmək olar" deyə izah edib.
Aysu Demokrat.az


