Dünya Özəl

İordan çayının qərb sahilində 4 fələstinli öldürüldü

İordan çayının qərb sahilində 4 fələstinli öldürüldü

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 4 fələstinli şəhid olub.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələri Cenin şəhərinin İçəri Şəhər qəsəbəsinin Sibah bölgəsinə PUA ilə hücum təşkil edib.

Hücum zamanı yaralananların olduğu, İsrail qüvvələrinin yaralılara yardım etmək istəyən tibb qruplarının əraziyə girməsinə icazə vermədiyi bildirilib.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun Cenin bölgəsində həyata keçirdiyi hücumda 4 fələstinlinin həyatını itirdiyi bildirilib.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin nəticəsində həlak olan fələstinlilərin sayı 279-a yüksəlib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova