Livanın paytaxtı Beyrutda yağan güclü yağışdan sonra Beyrut Beynəlxalq Hava Limanının sərnişin terminalını su basıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Beyrutda qəfildən başlayan leysan qısa müddətdə daşqınlara səbəb olub.
İkimərtəbəli hava limanının sərnişin terminalının birinci mərtəbəsindəki sərnişin bölməsini su basıb.
Sosial mediada paylaşılan görüntülərdə eskalator və tualetlərin su altında qaldığı, Livana daxil olan sərnişinlərin çamadanlarını suda daşıdığı görünüb.
Aysu Demokrat.az


