Bakı Şəhər Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.
Demokrat.az-ın xəbərinə görə, məhkəmənin hazırlıq iclası dekabrın 19-na təyin edilib.
Qeyd edək ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.
Şahin Təhməzovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 179.3 (bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər törədildikdə), 308.2 (Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə, 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. İş üzrə Bakı Şəhər Təhsil İdarəsi zərərçəkən qismində tanınıb.
Fariz Məlikli Demokrat.az


