Gündəm

MİQ-29-un pilotu Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA

MİQ-29-un pilotu Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA

24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Demokrat.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

D
demokrat.az