Dünya Özəl

Şimali İraqda hava əməliyyatı: 13 hədəf məhv edildi

Şimali İraqda hava əməliyyatı: 13 hədəf məhv edildi

Terror təşkilatı PKK-ya aid 13 hədəf Türkiyə ordusu tərəfindən məhv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirilib.

Hava əməliyyatında Separatçı Terror Təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət, terrorçuların olduğu düşünülən 13 hədəf məhv edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova