ABŞ-a məxsus F-16 qırıcısı təlim uçuşu zamanı Sarı dənizdə qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Cənubi Koreyada yerləşən ABŞ qüvvələrinə məxsus F-16 tipli döyüş təyyarəsi təlim uçuşu üçün paytaxt Seulun cənubundakı Kunsan Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.
Təyyarə qəzaya uğramazdan əvvəl tullanmağı bacaran pilot Cənubi Koreya sahil mühafizəsi tərəfindən xilas edilib.
F-16-nın qəzaya uğramasının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.
Aysu Demokrat.az


