Gündəm Özəl

Tələbələrin bəzi xərcləri qarşılanacaq: “Əvvəllər vətəndaşlar banklara müraciət edirdilər, indi isə...”

Tələbələrin bəzi xərcləri qarşılanacaq: “Əvvəllər vətəndaşlar banklara müraciət edirdilər, indi isə...”

Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub. Bu barədə təkliflər Təhsil Tələbə Krediti Fondu tərəfindən Himayəçilik Şurasına təqdim olunub. Yeniliklərə əsasən Tələbə Krediti Fondunun standart paketindən istifadə edərkən 20% həcmində edilən ödəniş ləğv edilə bilər. O cümlədən, startaplarda iştirak edən tələbələrin kredit borcunun bağlanması da nəzərdə tutulur. Həmçinin tələbələrin ən çox əziyyət çəkdikləri kirayə ev tapmaq, kirayə ödənişləri kimi problemlərin də aradan qaldırılması üçün müəyyən addımların atılacağı, tələbənin kirayə və nəqliyyat pulunun müəyyən hissəsinin ödəniləcəyi nəzərdə tutulur.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında nəzərdə tutulan yenilikləri müsbət dəyərləndirib:

Tələbələrin bəzi xərcləri qarşılanacaq: “Əvvəllər vətəndaşlar banklara müraciət edirdilər, indi isə...”

“Bu gün cənab Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycan təhsili davamlı olaraq dövlət dəstəyilə təmin olunur, bu istiqamətdə mühüm qərarlar qəbul edilir. Düşünürəm ki, Tələbə Təhsil Kredit Fondunun fəaliyyəti də bu xüsusda önəm daşıyır. Bu, gənclərimizə imkan verir ki, onlar daha əlçatan formada təhsil alsınlar. Əvvəllər vətəndaşlar banklara müraciət edirdilər, daha yüksək faizlərlə kredit götürüb təhsillərini davam etdirirdilər. Artıq tələbələrin digər ehtiyacları da qarşılanacaq. Əsas hədəf tələbələrin yüksək səviyyədə təhsil almalarını təmin etmək, onların daha bilikli və savadlı yetişmələri üçün real addımlar atmaqdır. Hesab edirəm ki, sözügedən yeniliklərin tətbiqi ümumi prosesə mühüm töhfə verəcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova