Gündəm Özəl

Rəqabət Məcəlləsi: “Bu təsirin hansı formada olması icra mexanizmindən asılı olacaq”

Rəqabət Məcəlləsi: “Bu təsirin hansı formada olması icra mexanizmindən asılı olacaq”

Milli Məclisin ötən həftə keçirilən iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrin sonunda 12 fəsil 84 maddədən ibarət Rəqabət Məcəlləsi qəbul edilib.

İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə, Məcəllənin iqtisadiyyatda sağlam rəqabət mühitinin formalaşmasına təsiri onun icra mexanizmindən asılıdır.

O, məsələ barədə fikirlərini Demokrat.az-a açıqlamasında bölüşüb:

Rəqabət Məcəlləsi: “Bu təsirin hansı formada olması icra mexanizmindən asılı olacaq”

“Rəqabət Məcəlləsi 2006-cı ildə birinci oxunuşdan sonra uzun illər idi ki, müzakirə edilmirdi. Məcəllənin 17 ildən sonra qəbul olunması iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsində önəmli addımlardan biri kimki qiymətləndirilə bilər. Bunun birbaşa rəqabətin formalaşmasına mütləq şəkildə təsiri olacaq. Amma hesab edirəm ki, bu təsirin hansı formada – az və ya çox olması icra mexanizmindən asılı olacaq”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. Məcəllənin qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minməsi gözlənilir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova