Yeni ildə bir sıra xidmət sahələri və ərzaq məhsullarının qiymətində artım gözlənilir.
Ekspertlər hesab edirlər ki, pandemiyadan sonra inflyasiyanın artması 2024-cü ildə də davam edəcək. Lakin artımla yanaşı, azalmalar da gözlənilir. Bu səbəbdən də bir sıra xidmət sahələri, ərzaq və qeyri - ərzaq məhsullarının qiymətində ciddi artım gözlənilir. İqtisadçı - ekspert Eldəniz Əmirov bildirib ki, qiymət yenilənməsi ət məhsullarından da təsirsiz ötüşməyəcək. Ekspert qeyd edib ki, qiymət artımı spirtli içkilər və tütün məhsullarında da müşahidə ediləcək.


