Sabirabadda “Niva” və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
“Report”unməlumatına görə, hadisə Qaratoğay kəndində qeydə alınıb.
Qəza zamanı kənd sakinləri- 1959-cu il təvəllüdlü İradə Hacımayıl qızıKərimova, 1998-ci il təvəllüdlü Zinyət Qurban qızıBağırzadəvə Fərziyyə Hacımayıl qızıBağırovamüxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


