Şou-biznes

"Açıq geyinən müğənniləri telekanala buraxmırlar"

Açıq geyinən müğənniləri telekanala buraxmırlar

Müğənni Nura Suri sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı telekanalların müğənnilərə vəaparıcılara açıq geyinməyi qadağan etdiyini bildirib:

"Telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanalaçıq-saçıq gələn qonaqları geri çevirirlər. Belə eşitmişəm, mənim başıma gəlməyib. Bunu eşidəndə təəccübləndim. Çünki elə müğənni açıq-saçıq geyinməlidir. Bu normaldır, səhnədə elə olmaq lazımdır. Müğənnilər fərqlənməlidir. Dünya səhnəsinə, ulduzlarına bir baxın. AzTV-də bu var, 5-6 müğənnidən başqa heç kim efirə davət almır ki, senzura var. Başqa telekanallara nə olub? Niyə bayağı mahnılara senzura yoxdur?Efirə layiq olmayanlar oraya çıxa bilir.Sosial verilişlərdə adi insanların həyatında baş verənlərə senzura yoxdur, amma müğənnilərə var. Deməyə sözüm yoxdur".

NE
Nihadə Eyyubova