Səudiyyə şahzadəsi Talal bin Əbdüləziz bin Bəndər bin Əbdüləziz Əl Səud vəfat edib.
Demokrat.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, o, təyyarə qəzasında ölüb.
Səudiyyə Ərəbistanından verilən rəsmi açıqlamada isə şahzadənin ölüm səbəbi açıqlanmayıb.
Səudiyyə Ərəbistanının Kral Məhkəməsi verdiyi açıqlamada şahzadənin ölümünü elan edib və cənazə mərasiminin Ər-Riyaddakı İmam Türki bin Abdullah məscidində keçiriləcəyini bildirib.
Qeyd edək ki, Şahzadə Talal bin Əbdüləziz şahzadə Bəndərin oğlu və ilk Səudiyyə hökmdarı Kral Əbdüləzizin nəvəsi idi.
Aysu Demokrat.az


