Gündəm

“Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür” — Erməni deputat

“Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür” — Erməni deputat

Erməni deputat yaxın vaxtlarda Azərbaycanla sülh sazşinin imzalanmasını mümkün hesab edir.

Demokrat.azTASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

O qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri Aparatının birgə açıqlaması buna müsbət zəmin yaradır.

Onun sözlərinə görə, bu açıqlama sülh sazişinin imzalanmasına müsbət təsir göstərə bilər: “Çünki açıqlamada ən azı müsbət ifadələr var və bu da gələcək danışıqların daha rahat keçməsinə kömək edə bilər”.

D
demokrat.az