Gündəm Özəl

“Mina probleminin həllində beynəlxalq dəstəyin göstərilməsi vacibdir” — Rey Kərimoğlu

“Mina probleminin həllində beynəlxalq dəstəyin göstərilməsi vacibdir” — Rey Kərimoğlu

“Azərbaycanda mina və partlamamış hərbi sursatlarla bağlı böyük problem var. Bu problemi də erməni işğalçıları yaradıb. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənməlidir. Azərbaycan bu prosesdə tək iştirak edir, dünya ictimaiyyətindən ciddi dəstək görmürük. Bu, narahatedici məqamdır”.

Bunu Demokrat.az-a açıqlamasında “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu deyib. O, Azərbaycanın mina probleminin dünyaya çatdırılması ilə bağlı görülən işlərin nəticə verəcəyinə ümid etdiyini bildirib:

“Növbəti dəfə yenidən beynəlxalq ictimaiyyətə müraciət etdik. Beynəlxalq təşkilatlar da bu prosesə qoşulub dəstək olmalıdır ki, mina problemi tez bir zamanda az itki ilə həllini tapsın. Başqa yolumuz yoxdur, sivil yollarla üzərimizə düşəni edirik. Ümid edirəm ki, bu çağırışların nəticəsi olacaq.

“Mina probleminin həllində beynəlxalq dəstəyin göstərilməsi vacibdir” — Rey Kərimoğlu

Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının tövsiyəsi əsasında Dünya Sammiti 2015–2030-cu illər üzrə dayanıqlı inkişafla bağlı 17 məqsəd irəli sürüb. Dünyanın 193 ölkəsi bu məqsədləri həyata keçirmək üçün öhdəlik götürüb. Cənab Prezident mina probleminin də bu məqsədlər siyahısına salınması təklifi ilə çıxış edib. Prezidentin bu təşəbbüsünü dəstəkləyir və dünya ictimaiyyətini bu məsələdə fəal olmağa çağırırıq”.

Qeyd edək ki, noyabrın 6-da Bakıda mina problemi mövzusunda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Forum növbəti gün Ağdamda davam edib. Forum iştirakçıları dünya ictimaiyyətinə bəyanatla müraciət ediblər. Dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət edilərək mina və PHS-a qarşı mübarizədə daha fəal olmağa çağırış edilib.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova