Dünya Özəl

İordan çayının qərb sahilində 42 fələstinli saxlanıldı

İordan çayının qərb sahilində 42 fələstinli saxlanıldı

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi gecə basqınlarında yarısı Qəzza işçisi olmaqla 4 nəfər yaralanıb, 42 nəfər isə nəzarətə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi “WAFA” məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələrinin İordan çayının qərb sahilində gecə basqınlarının ünvanları Nablus, Hebron, Beytül-Müqəddəs və Tulkərim şəhərləri olub.

İsrail qüvvələri buldozerlər ilə Nablusun köhnə şəhər ərazisinə basqın edib və Əl-Hile rayonunda bir evi mühasirəyə alıb.

Basqın zamanı fələstinlilərə məxsus çoxlu avtomobil yandırılaraq yararsız hala düşüb.

Basqın zamanı 4 fələstinli yaralanıb, 2-si Qəzzalı işçi olmaqla 5 nəfər saxlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova