Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 8 şübhəli saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaqda terror təşkilatı İŞİD-ə bağlı olan 8 şübhəli müəyyən edilib.
Prokurorluğun təlimatı ilə hərəkətə keçən İstanbul Təhlükəsizlik Müdirliyi qrupları keçirdikləri əməliyyatda 8 şübhəlini yaxalayıb.
Şübhəlilərlə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


