Hadisə Özəl

İki avtomobil toqquşdu: 1 ölü, 4 yaralı

İki avtomobil toqquşdu: 1 ölü, 4 yaralı

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Burdur vilayətində baş verib.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub.

İlkin baxış zamanı qəzada sürücülərdən birinin öldüyü, 4 nəfərin isə yaralandığı müəyyən edilib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova