Dünya Özəl

ABŞ İsrail və Ukrayna üçün təhlükəsizlik paketini təqdim etdi

ABŞ İsrail və Ukrayna üçün təhlükəsizlik paketini təqdim etdi

ABŞ-da Demokratlar partiyası Senata təxminən 111 milyard dollar dəyərində milli təhlükəsizlik paketi təqdim edib.

Demokrat.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ Senatında çoxluq təşkil edən Demokratlar partiyası üzvləri tərəfindən İsrail və Ukraynaya təhlükəsizlik paketi təqdim edilib.

Təxminən 111 milyard dollarlıq paket çərçivəsində Rusiya ilə davam edən müharibə səbəbiylə Ukraynaya hərbi təlim və kəşfiyyat dəstəyi üçün 15 milyard dollardan çox yardım edilməsi planlaşdırılır.

Təhlükəsizlik paketində İsrailə 10,6 milyard dollar yardım nəzərdə tutulduğu halda, bu yardımın 4 milyard dolları raketdən müdafiə imkanlarının artırılmasına, 1,2 milyard dolları isə “Dəmir şüa” hava hücumundan müdafiə sisteminin inkişafına yönəlib.

Paket ABŞ-ın silah və sursat istehsal gücünü artırmaqla yanaşı, sualtı qayıq sənayesinə sərmayə qoymaq üçün 43,6 milyard dollar ayırır və ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərinin artırılması üçün əlavə tədbirləri əhatə edir.

Aysu Demokrat.az

D
demokrat.az