Sosial

Bakıda sığınacaqda 40 uşaq qızılcaya YOLUXDU

Bakıda sığınacaqda 40 uşaq qızılcaya YOLUXDU

Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.

Bunu “Report”a açıqlamasında birliyin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.

"Onların əksəriyyəti 5 yaşadək olan körpələrdir. İki əməkdaşımız hazırda xəstəxanadadır", - o vurğulayıb.

D
demokrat.az