Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorlarından biri Aqşin Vəliyev vəzifəsindən azad edilib.
Demokrat.azxəbər verir ki, artıq qurumun rəsmi saytındakı “Rəhbərlik” bölməsində A. Vəliyevin adı yoxdur.
Qeyd edək ki, AMB-nin digər baş direktorları - Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov və Gülər Paşayevadır.


