Dünya Özəl

Hindistanda daşqın nəticəsində 5 nəfər öldü

Hindistanda daşqın nəticəsində 5 nəfər öldü

Hindistanın Tamil Nadu əyalətində baş verən sel nəticəsində 5 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Tamil Nadu əyalətində güclü yağışlar daşqınlara səbəb olub.

Əyalətin paytaxtı Çennai şəhərində elektrik cərəyanı vurması, ağacların aşması kimi sellə əlaqədar hadisələrdə 5 nəfərin həyatını itirdiyi bildirilib.

Küçə və prospektlərin su altında qaldığı Çennai hava limanı da daşqın səbəbindən fəaliyyətini dayandırıb.

Hindistan meteoroloji xidmətinin verdiyi açıqlamaya görə, qasırğanın sabah səhər saatda saatda 110 kilometr sürətlə Andhra Pradeş əyaləti sahillərinə çatacağı gözlənilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova