Hadisə

Pakistanda güclü zəlzələ baş verdi

Pakistanda güclü zəlzələ baş verdi

Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzindən məlumat verilib.

Məlumata görə, Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə baş verən zəlzələ yerin 60 kilometr dərinliyində qeydə alınıb.

Yerli vaxtla saat 17.19-da baş verən 5,5 bal gücündə zəlzələdə can və ya mal itkisi olub-olmadığı barədə hələlik açıqlama verilməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova