Dünya Özəl

Daha 5 terrorçu zərərsizləşdirildi

Daha 5 terrorçu zərərsizləşdirildi

İraqın şimalında Pəncə-Kilid əməliyyatı bölgəsində aşkarlanan 5 PKK terrorçusu Türkiyə ordusunun hava əməliyyatı ilə zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Təhlükəsizlik qüvvələri terrorla mübarizə əməliyyatlarını davam etdirir:

“Keçirilən son əməliyyatlar nəticəsində İraqın şimalında Pəncə-Kilid bölgəsində daha 5 PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə hərbi tədbirlər davam etdirilir”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova