Sosial Özəl

“Müəllimlərin işə qəbulu prosesindəki çatışmazlıqlar aradan qaldırılmalıdır” — AÇIQLAMA

“Müəllimlərin işə qəbulu prosesindəki çatışmazlıqlar aradan qaldırılmalıdır” — AÇIQLAMA

AMEA-nın Ümumi yığıncağında nazir Emin Əmrullayev müəllimlərin işə qəbulu prosesinə də toxunub. O vurğulayıb ki, nə nazirliyin, nə də Dövlət İmtahan Mərkəzinin hansısa məsələni mərkəzləşdirməkdə marağı var: "Biz bilirik ki, müəllimi işə direktor götürsə, daha yaxşı olar. Amma görürük ki, bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır".

Müəllimlərin hazırkı işə qəbul prosesini Demokrat.az-a açıqlamasında dəyərləndirən təhsil eksperti Elçin Süleymanovun fikrincə, mövcud sistem ideal qurulub:

“Düşünmürəm ki, əvvəlki dövrə qayıdılsın, çünki kifayət qədər şikayətlər olurdu, neqativ hallar yaşanırdı. Mərkəzləşdirilmiş sistem olduqda isə həm müəllimlərin ehtiyat bazası formalaşır, həm də daha savadlı və bacarıqlı müəllimlər işlə təmin edilir.

MİQ-dan əvvəl çox qarışıqlıqlar olurdu. İndiki imtahan sisteminin tərəfdarıyam, əksər ölkələrdə də oxşar metod tətbiq edilir. Sadəcə bunun tətbiqində çatışmazlıqlar varsa, bunlar aradan qaldırılmalıdır. Sadəcə test və ya müsahibə ilə seçim etmək doğru olmaz. Hər iki mərhələ qüvvədə qalmalıdır. Mövcud sistem daha şəffafdır və obyektivlik qorunur”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az