Dünya Özəl

Hərbi təyyarə okeana düşdü

Hərbi təyyarə okeana düşdü

ABŞ hərbi təyyarəsi Yaponiya yaxınlığındakı Yakusima adasında okeana düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiyanın “MBC” telekanalı məlumat yayıb.

Bildirilib ki, yerli sakinlər təyyarənin dənizə çırpılması zamanı sol mühərrikinin alışdığını qeyd edib.

Sahil Mühafizəsinin sözçüsü təyyarədə olanların təhlükəsizliyi də daxil olmaqla, insidentlə bağlı əlavə təfərrüata malik olmadıqlarını bildirib.

Təfərrüatlar araşdırılmağa davam edir.

Aysu Demokrat.az

D
demokrat.az