Dünya Özəl

Güclü külək nəticəsində 3 qayıq batıb

Güclü külək nəticəsində 3 qayıq batıb

Türkiyənin İstanbul şəhərinin Pendik sahilində qayıqlardan 3-ü güclü dalğalar səbəbindən batıb.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, İstanbulda güclü külək və dalğalar bu gün də davam edir.

Qayıq sahibləri gəmilərinin yanında gözləyərək mənfi hallara qarşı tədbir görməyə çalışıblar.

Lakin buna baxmayaraq bölgədəki 3 qayıq suda batmalı olub.

Qeyd edək ki, hazırda bölgədə 300-ə yaxın qayığın olduğu, çoxlu sayda qayığa isə külək nəticəsində ciddi ziyan dəydiyi bildirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova