Dünya Özəl

Hindistanda güclü yağışlar nəticəsində 24 nəfər öldü

Hindistanda güclü yağışlar nəticəsində 24 nəfər öldü

Hindistanın Qucarat ştatında güclü yağışlar nəticəsində 24 nəfər ölüb, 23 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Mərkəzi (SEOC) məlumat yayıb.

Bildirilib ki, leysan yağışların təsirli olduğu Qucarat ştatında ildırım vurması nəticəsində 24 nəfər ölüb.

Bundan əlavə 23 nəfərin yaralandığı qeyd edilib.

Səlahiyyətlilər vəziyyətlə bağlı narahatlıqlarını bildirib və bölgənin adətən ilin bu vaxtında bu qədər yağıntı olmadığını vurğulayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova