Gündəm Özəl

Qərb niyə delimitasiya məsələsində maraqlıdır? — DETALLAR

Qərb niyə delimitasiya məsələsində maraqlıdır? — DETALLAR

“Delimitasiya prosesinin sürətlənməsi sülh prosesinə də təkan verəcək. Davamlı sülhün əldə olunması prosesi dalana dirənmişdi, baxmayaraq ki, Ermənistan tərəfi vaxtaşırı yaxın zamanlarda müqavilə imzalanmasının mümkünlüyü barədə açıqlamalar verirdi. Tərəflər arasında razılıq və əməkdaşlıq, münasibətlərin normallaşması üçün delimitasiya və demarkasiya məsələsi çox önəmlidir. Çünki sərhədlərin müəyyən edilməməsi təxribat riskini də artırır. Hansı postun, hansı dağın, dərənin kimə aid olması tərəflər arasında kiçik münaqişəyə, daha sonra cavab zərbəsinə, ardınca isə daha böyük münaqişələrə səbəb ola bilər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişə dövründə dəfələrlə bunu müşahidə etmişik:

Qərb niyə delimitasiya məsələsində maraqlıdır? — DETALLAR

“Digər tərəfdən xarici qrupların əli ilə təxribat ehtimalları da artır. Vaşinqton Sammiti ərəfəsində bu cür təxribat cəhdləri olmuşdu. Ona görə də delimitasiya və demarkasiya prosesinin başa çatması ən azından iki ölkə arasında silahlı toqquşma riskini xeyli dərəcədə azaldacaq. Azərbaycan Qazaxın kəndlərinin qaytarılması məsələsini də gündəmə gətirə bilə, Ermənistandakı eksklavlarımızla bağlı məsələ həll oluna bilər”.

T.Rzayevin fikrincə, bununla Qərbin Azərbaycan üzərində təzyiqi də azala bilər:

“Son zamanlar həm ABŞ, həm də Aİ-dən Azərbaycana qarşı güclü təzyiqlərin olduğunu görürük. Aİ-nin delimitasiya və demarkasiya məsələsində, sülh prosesində maraqlı olduğu açıq-aşkardır. Çalışırlar ki, sülh əldə olunduqdan sonra rahatlıqla Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə inteqrasiyasına nail olsunlar. Ermənistan artıq Rusiya hərbi bazasının öz ərazisindən çıxarılmasını tələb edə bilər. Aİ-yə üzvlüklə bağlı prosesə də başlaya bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova