Gündəm Özəl

"Beynəlxalq hüquqdan danışan güclər özlərinin nə qədər zəif olduğunu göstərirlər" — AÇIQLAMA

Beynəlxalq hüquqdan danışan güclər özlərinin nə qədər zəif olduğunu göstərirlər — AÇIQLAMA

“Dünyanın bir çox dövlətləri müstəmləkəçiliklə bağlı susduğu bir zamanda Azərbaycan Fransız imperializminə qarşı müavimətin qalasına çevrilir. Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsi keçirilir. Macarıstanın Baş naziri Viktor Orban və Mərkəzi Asiyanın türk dövlətlərinin rəhbərlərinin iştirak etdiyi konfranslarda önəmli qərarlar veriləcək. Azərbaycan ard-arda keçirdiyi tədbirlər və qlobal əhəmiyyətli layihələrə ev sahibliyi etməklə nə qədər regional gücə sahib olduğunu bir daha nümayiş etdirir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, son dövrlər dövlətimizə qarşı edilən siyasi təzyiqlərin səbəbi həm də bunda gizlidir:

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı yaradılan Bakı Təşəbbüs Qrupu tərəfindən neokolonializmlə mübarizə imkanları barədə ötən ay Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Fransanın müstəmləkə siyasəti yürütdüyü ölkələrdə yaşayan xalqların qadın nüməyəndələri yekdilliklə neokolonizmə qarşı səslərini qaldırdılar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da sonuncu müsahiblərinin birində niyə Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədiklərinə aydınlıq gətirdi, söylədi ki, Azərbaycan güclü tərəfdir. Beynəlxalq hüquqdan danışan güclər özlərinin nə qədər zəif olduğunu göstərirlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova