Dünyanın ən böyük aysberqi 30 ildən çox okean dibində ilişib qaldıqdan sonra hərəkət edib.
Demokrat.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, “A23a” adlı aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub. Lakin o, tez bir zamanda Ueddel dənizində quruya çırpılaraq buz adasına çevrilib.
Son məlumatlara görə, “A23a”yenidən Antarktidadan çıxmağa başlayıb.
30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan “A23a”nın qalınlığı 400 metrə çatır.
Alimlərin fikrincə, “A23a”nın kütləsi son 35 ildə azalıb.
Beləliklə, nəhəng buz parçası suyun səthində hərəkət edə biləcək qədər yüngülləşib.
Aysu Demokrat.az


