Şou-biznes

“İlhamə Quliyeva heç səni evinə buraxmırdı”

“İlhamə Quliyeva heç səni evinə buraxmırdı”

Müğənni Əli Mirəliyevin mərhum Xalq artisti İlhamə Quliyeva haqqında dedikləri prodüser-aparıcı Tarix Əliyevi (Tolik) özündən çıxarıb.

Axşam.az xəbər verir ki, Tolik "Elgizlə izlə" verilişinə zəng edərək Ə.Mirəliyevi tənqid edib və onu yalan danışmaqda günahlandırıb. Tolik bildirib ki, İ.Quliyeva sağ olanda Əlini və ailəsini evinə buraxmayıb:

"İlhamə Quliyeva fəxri ad alanda məclis təşkil etmişik. Sən və ailən orada yox idi. 5 il İlhamə Quliyevanın yanında olmuşam. Səni nə yanında, nə evində görmüşəm. Səni evinə buraxmırdı. Harada deyib ki, Əli, mənə əzizsən? İlhamə heç səni, həyat yoldaşını və qızını Orxanın (övladlığa götürdüyü oğlu - red.) toyuna çağırmadı. Ölü arxasınca danışırsan?

İlhamə sağ olanda ürəklənib deməzdin ki, Flora Kərimova səndən yaxşı oxuyur. Yalan danışma. İlhamənin qapısına gedirdin? Səni ora qoyurdular? Eyibdir, yekə kişisən. Deyir, məni yanına çağırıb. Vallah, İlhamə Quliyeva Əli Mirəliyevi yaxınına qoymurdu".

Əli isə əsəbiləşərək "Tolik, sən kimsən" sözlərini söyləyib.

Daha sonra İ.Quliyevanın bacısı Gülbahar efirə zəng edərək "Əli Mirəliyev yalançıdır, xətadır. Tolik nə dedisə, düz dedi. İlhamə illərlə Əli Mirəliyevlə danışmayıb. Biz varisik, dövlət də bizi tanıyıb. Biz onu saymırıq. Bu, nə tərbiyəsizlikdir, nə istəyir? Elə etməsin ki, onu məhkəməyə verək. Yaşına hörmət etsin" sözlərini söyləyib.

Ə.Mirəliyev isə bacılarının saxta yolla İ.Quliyevanın mirasını ələ keçirdiyini deyib.

NE
Nihadə Eyyubova