İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hizbullahın baş katibi Həsən Nəsrullah ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "Hizbullah"dan verilən yazılı açıqlamada bildirilib.
Açıqlamaya görə, İranın xarici işlər naziri Abdullahiyan və onu müşayiət edən heyət rəsmi təmaslar üçün getdikləri Livanın paytaxtı Beyrutda "Hizbullah"lideri Nəsrullah ilə görüşüb.
Fələstin və Livandakı son hadisələrin qiymətləndirildiyi görüşdə bölgədəki vəziyyət, hadisələrin gedişi ilə bağlı mövcud imkanlar və İsrailin Qəzza zolağına təcavüzünün dayandırılması üçün görülən səylər müzakirə edilib.
Qeyd edək ki, Abdullahiyan Beyrut səfərindən sonra Qətərə yola düşəcək.
Aysu Demokrat.az


