Fransada 2024-cü il Paris Olimpiadası üçün nəqliyyat hazırlıqları vaxtında hazır olmayacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Paris meri Ann Hidalqo açıqlama verib.
Parislilərin hazırda gündəlik nəqliyyatın təmin edilməsində çətinlik çəkdiklərini bildirən Hidalqo, olimpiadaların keçiriləcəyi yarış ərazilərinə ictimai nəqliyyatla tam girişi təmin etmək üçün görülən işlərin tamamlanmayacağını qeyd edib.
“2024-cü il Paris Olimpiadasına hazır olmayacağıq. Hökumət bu gecikməyə görə məsuliyyət daşıya bilər. Hər şeyi birlikdə edirik, ona görə də mən də məsuliyyət hiss edirəm." -deyə o vurğulayıb.
Aysu Demokrat.az


