"Hizbullah" İsrailin Safed şəhəri yaxınlığındakı hərbi məntəqəyə 48 "Katyuşa" raketi atıb, həmçinin sərhəddəki 6 hərbi nöqtəyə də hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Hizbullah" yazılı açıqlama verib.
Açıqlamada, İsrailin şimalındakı Safed şəhəri yaxınlığında, sərhəddən ən az 10 kilometr aralıda yerləşən Ayn Zaytim hərbi məntəqəsinə 48 Katyuşa raketinin atıldığı bildirilib.
Bundan əlavə, Harba Maar, Marabda, Birka Rişe, Cəl əl-Aləm, Ed-Duhayra hərbi məntəqələri və İsrail sərhədində yerləşən Sasa qəsəbəsində toplanan əsgərlərin “idarə olunan raketlər və müvafiq silahlarla” hədəfə alındığı qeyd edilib.
Aysu Demokrat.az


