Dünya Özəl

Yunanıstana qaçarkən tutulan 10 FETÖ üzvü həbs edildi

Yunanıstana qaçarkən tutulan 10 FETÖ üzvü həbs edildi

Türkiyədə Yunanıstana qaçmaq istəyərkən saxlanılan FETÖ-yə aid 11 şübhəlidən 10-u həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ölkənin Ədirnə vilayətində İl Jandarma Komandanlığı terrorla mübarizə, təhlükəsizlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlərini davam etdirir.

Jandarma qrupları tərəfindən son bir həftə ərzində aparılan işlər çərçivəsində Yunanıstana qaçmağa cəhd edən 11 FETÖ üzvü yaxalanıb.

Saxlanılan sözügedən terror təşkilatı üzvlərindən 10-u həbs edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova