Konqo Respublikasının paytaxtı Brazzavildə yerləşən Mişel-Ornano stadionunda hərbçilərin seçilməsi zamanı baş verən izdihamda ən azı 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Demokrat.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, gənclər Mişel-Ornano stadionunun qarşısına hərbi kadr seçimi üçün toplaşıb və stadiona daxil olarkən izdiham yaranıb.
Çox sayda insanın yaralandığı izdihamda ən azı 37 nəfər həyatını itirib.
Yaralılara Brazzavil Universitetinin xəstəxanasında tibbi yardım göstərilib.
Qeyd edək ki, Konqo ordusu müxtəlif bölmələrdə xidmət etmək üçün 1500 hərbçi alacağını açıqlayıb.
Aysu Demokrat.az


