Dünya

Yəhudilərlə bağlı fikirləri Maska baha başa gəldi

Yəhudilərlə bağlı fikirləri Maska baha başa gəldi

"Apple", "Warner Bros.", "Walt Disney", "Lionsgate", "Paramount", "Discovery", "Sony Pictures" və "IBM" daxil olmaqla bir neçə məşhur şirkət "X" sosial şəbəkəsində (keçmiş tvitter) reklamlarını dayandırıb.

Axşam.az xəbər verir ki, buna səbəbsosial şəbəkənin sahibi, milyarderİlon Maskın "X"də yayımlanan qalmaqallı paylaşımı bəyənməsi olub. Mask istifadəçilərdən birinin paylaşığı - qaradərililərə qarşı dayandırılmasıtələb olunan nifrətin ağdərililərə qarşı yayılması, Qərbin yəhudiləri sevməməsi və bunu onlara hiss etdirməsiistiqamətindəkiifadələri dəstəkləyib. Milyarderin paylaşıma"Bu, əsl həqiqətdir" şərhini yazmasıtənqidlərlə üzləşməsi ilə nəticələnib.

"Space X"in yaradıcısı hətta Ağ Ev tərəfindəndə tənqid olunub. "Amerikalılar olaraq bizim əsas dəyərlərimizə zidd olan antisemitizm (yəhudi düşmənçiliyi - red.) və irqçiliyinbu iyrənc təbliğatını qətiyyətlə pisləyirik" deyə ABŞ hökumət məlumat yayıb.

Avropa Komissiyasının nümayəndələrisosial şəbəkələrdə, xüsusən Fələstin-İsrail münaqişəsi ilə bağlı dezinformasiyanın yayılması fonunda bütün Aİ icraçı xidmətlərindən "X"də reklamı dayandırmağı xahiş edib.

NE
Nihadə Eyyubova