ABŞ Filippinlə daha təmiz enerjiyə keçid və enerji resurslarını artırmaq üçün bu ölkəyə sərmayə qoymağa imkan verən nüvə əməkdaşlıq paktı imzalayıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-ın San-Fransisko şəhərində keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində Filippin prezidenti kiçik Ferdinand Markos və ABŞ dövlət katibi Entoni Blinken nüvə enerjisi sahəsində əməkdaşlıq paktı imzalayıblar.
Müqavilə Filippinə daha təmiz enerjiyə keçid və elektrik təchizatını artırmaq üçün bu ölkəyə sərmayə qoymağa imkan verəcək.
Aysu Demokrat.az


