Sosial Özəl

Qərbi Azərbaycanda tarixən mövcud olmuş alban abidələri mənəvi təcavüzə məruz qalıb — VİDEO

Qərbi Azərbaycanda tarixən mövcud olmuş alban abidələri mənəvi təcavüzə məruz qalıb — VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu "Mənəvi mirasımız – Alban abidələri" adlı videoçarx hazırlayıb.

Demokrat.az xəbər verir ki, videoda erkən xristianlığın geniş yayıldığı tarixi dövrə aid olan alban abidələrindən söz açılır. Bildirilir ki, Azərbaycan xalqının formalaşmasında mühüm rol oynayan albanlar eramızdan əvvəl təxminən IV əsrdən eramızın VIII əsrlərinə qədər Qafqaz Albaniyası dövlətində birləşiblər. Alban abidələri də məhz Azərbaycanın qədim mədəniyyətə və dövlətçilik tarixinə malik olmasının göstəricisidir. Alban abidələrinin geniş yayıldığı ərazilərdə min illərlə yaşayan nəsillər alban dəyələrləri və mədəniyyətinin daşıyıcıları, qədim alban tayfalarının varisləri sayılır.

Qeyd olunur ki, qədim alban abidələrinə Azərbaycanın Zaqatala, Qax, Balakən, Qəbələ və Gədəbəy rayonlarında rast gəlmək olar. Bundan əlavə Kəlbəcər rayonundakı Xudavəng, keçmiş Ağdərə ərazisindəki Gəncəsər və Xocavənddəki Amaras monastır kompleksləri, Laçın rayonundakı Ağoğlan, Xocalıdakı onlarla digər alban məbədi 44 günlük vətən müharibəsi zamanı işğaldan azad edilib. O da qeyd olunur ki, işğal dövründə bu abidələrin əksəriyyəti ya tamamilə, ya da qismən dağıdılıb, ermənilər tərəfindən özününküləşdirilib.

Videoda o da vurğulanır ki, Azərbaycan dövləti bu tarixi-mədəni abidələrə qarşı diqqətini əsirgəmir. Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana və Cotari alban-udi kilsələrində yenidənqurma və əsaslı təmir-bərpa işlərinin aparılması buna bariz nümunədir. Lakin Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində tarixən mövcud olmuş bütün alban abidələri, xüsusən də monastır və kilsələr mənəvi təcavüzə məruz qalıb.

Ətraflı videoda:

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova