Dünya Özəl

İraqın şimalında hava əməliyyatı: 13 terrorçu zərərsizləşdirildi

İraqın şimalında hava əməliyyatı: 13 terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Pəncə-Kilit əməliyyatı və Hakurk bölgələrində aşkarlanan 13 PKK terrorçusu türk ordusunun hava əməliyyatı ilə zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəni davam etdirdiyi bildirilib.

Bu çərçivədə İraqın şimalında Pəncə-Kilit Hərəkatı və Hakurk bölgələrində təsbit edilən 13 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirildiyi qeyd edilib.

Açıqlamada bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatların qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova